O dövrlərdə yuyucu vasitələr həssas materiallar üçün nəzərdə tutulmurdu, hətta onlara zərər verirdi. Perwoll ideyası meydana gəldi: paltarları təmizləməklə yanaşı, liflərini qoruyan və onlara qulluq edən yuyucu vasitə. Perwoll bu günədək yüngül rejim yuyucu vasitələri arasında 1 nömrəli olaraq qalmaqdadır.
Yeni maye yuyucu vasitə forması tezliklə alman bazarında ən çox satılan məhsula çevrildi. Maye yuyucu vasitə doza təyinini asanlaşdırır, suda daha tez həll olur və çöküntü yaratmır. Yun, ipək, kaşmir, pərğu tükü, pambıq və viskoz kimi zərif və həssas materiallar üçün misilsiz ekspert.
Perwoll yuyucu vasitəsinin paltarlara qulluq xüsusiyyətləri hamı tərəfindən çox bəyənildiyi üçün ticarət nişanı çeşidlərini genişləndirdi. Hal-hazırda sadəcə yun və zərif materiallar üçün deyil, həmçinin xüsusi qulluğa ehtiyacı olan bütün növ parçalar üçün ayrıca yuyucu vasitə mövcuddur. Rəngli və qara paltarlar üçün canlı və dayanıqlı rəng təcrübəsi təmin edən rənglilərə və qaralara qulluq çeşidləri belə təqdim olundu.
Bazarda inqilab: Perwoll ReNew+ bəyaz, qara və rəngli paltarları qorumaqla yanaşı, hər yumada bərpa edir. ReNew+ maye yuyucu vasitəsi ilə Perwoll məşhur "Yenidir? Xeyr, Perwoll -la yuyulub." şüarının heç vaxt bu günkü qədər aktual olmadığını vurğulayır.