Hələ qaradır, yoxsa artıq tünd-boz rəng rəngdə? Əgər qara rəng cins şalvar geyinməyi sevirsinizsə, onda siz problemlə tanışsınız: bir neçə yuyulmadan sonra onlar solmağa və ya ağ zolaqlar buraxmağa başlayır. Bu hətta yaxşı görünə bilər, lakin xüsusilə yeni cins şalvarlarda qara rəngin daha qalıcı olması arzuolunandır. Perwoll cins şalvarınızı mümkün qədər uzun müddət zil qara rəngini qoruyub saxlaması üçün ən yaxşı məsləhətləri toplayıb.
Tünd cins şalvarların bir neçə yumadan sonra geyilmiş görüntüsünə heç bir irad yoxdur – o həqiqətən gözəl görünə bilər. Buna görə də, əgər cins şalvarınızın qara rəngini daha uzun qorumaq istəyirsinizsə, yuyulmazdan öncə düzgün qulluq ilə başlamaq daha məqsədəuyğundur. Tünd rəngli parçalarda cibləri yoxlamaq həmişə vacibdir. Məsələn, kağız salfetkalar hələ də içəridə qalmış ola bilər və yuyulma zamanı əriyirək parça üzərində tiftik buraxacaq. Qara paltar olduqda, bu o deməkdir ki, çamaşırlar ikinci dəfə yuyulmalıdır – lakin o halda, tez bir zamanda rəngin intensivlilyi solacaqdır.
Ciblərini boşaltdıqdan sonra qara cins şalvarları tərs üzünə çevirin. Bu, şalvarın çöl səthindəki boyanı qoruyur. Məsələn, tikişlərdəki tipik açıq rəngli zolaqlar adətən fırlanma zamanı aşınma ilə əlaqədardır. Həmişə qara rəngli paltarı digər tünd rəngli paltarla yuyun, çünki paltarın yüngül ləkələnməsinin qarşısını almaq mümkün deyil. Açıq rəngli parçalar tünd rəngli paltarla yuyulduqda boz rəng alacaq.
Şalvarınızı paltaryuyan maşına yerləşdirməzdən əvvəl onların dözə biləcəyi maksimum temperaturu və onları təmizləyərkən nəzərə almalı olduğunuz başqa bir qeydin olub olmadığını bilmək üçün qulluq etiketini yoxlayın. 30 °C-də həssas yuma və yalnız çox yüngül fırlanma proqramı seçsəniz, rəngli çamaşırlar çox zərif formada yuyualcaqdır.
Düzgün yuyucu vasitədən istifadə etmək çox vacibdir. Heç bir halda çoxməqsədli yuyucu vasitə istifadə etməməlisiniz, çünki onlar tərkibində parça rəngini həll edən daha çox ağardıcı maddələr ehtiva edir. Qara cins şalvarlar üçün düzgün seçim tünd rəngli parçalar üçün olan xüsusi maye yuyucu vasitə Perwoll Renew & Repair Schwarz und Faserdir. Bu məhsul nəinki qara paltarları solmaqdan qoruyur, həmçinin parçanın liflərini hamarlayıraq onun daha intensiv qara rəng almasını təmin edir.
Tünd rəngli parçalarda rəng intensivliyini artıran məişət vasitələri sirkə və duz olduğu güman edilir. Bununla belə, onlar tünd rəngli parçalar üçün xüsusi yuyucu vasitənin təmin etdiyi qulluq və ya təmizləyici xüsusiyyətlərə malik deyillər. Buna əlavə olaraq, sirkə hətta paltaryuyan maşının rezin heremtiklərinə xələl yetirə bilir. Düzgün seçilmiş yuyucu vasitə paltaryuyan maşınınıza və çamaşırlarınıza həssas yanaşacaq.
Yuduqdan sonra qara cins şalvarınızı havada qurutmaq daha məsləhətlidir. Quruducunun istiliyi rəng və liflərə yaxşı təsir etmir. Cins şalvarları çöldə kölgəli yerdə paltar ipinə asmaq ən yaxşı variantdır. Zəhmət olmasa, birbaşa günəş şüaları altında qurutmayın, bu qara rəngin ağarmasına səbəb olacaq və gec-tez o boz rəngə çevriləcək.
İllər keçdikcə qara cins şalvarınız solub, amma o əyninizə o qədər mükəmməl şəkildə oturur ki, heç bir halda onlarla ayrılmaq istəmirsiniz? Bu halda onları xırdavatdan əldə edə biləcəyiniz parça boyası ilə yenidən rəngləyə bilərsiniz. Perwoll qara rənglər üçün olan color expert sonrakı hər yuma zamanı yeni rəngi liflərdə saxlamağa kömək edir.
Image credits:
Header image: ©Shutterstock
Image one: ©iStock